“İngilis dilində Danışıq Klublarınun yaradılması” layihəsi çərçivəsində təlim keçən müəllimlərin mükafatlandırılması

Bakı şəhəri 35nömrəli tam orta məktəbdə “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması”layihəsi çərçivəsində təlim keçən müəllimlərin mükafatlandırılması tədbiri keçirildi.Ümumi təhsil məktəblərində “İngilis dilində Danışıq Klublarının yaradılması “layihəsi Bakı Şəhər Təhsil İdarəsinin və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir.Bu layihəyə 19 yanvar 2017-ci il tarixində məktəbimizdə start verilmişdir. 9 sessiyanı əhatə edən təlimdə müəllimlər dərslərin müşahidə cədvəlini, metodik proqramların hazırlanması, şagirdlərin klublara cəlb olunması metodları,klub fəaliyyətinin təşkili ətrafında səmərəli iş görmüşlər. Təltifolunma mərasiminə Amerikanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşavirə Proqrqmları üzrə mütəxəssis Emi Petersen,Danışıq Klubları layihəsinin təlimçisi Meri Boymer,Amerika təhsil eksperti Rey Robers, British Council” təşkilatı təhsil proqramları üzrə menecer Gülşən Hüseynova ,İctimai Əlaqələr Şöbəsi İngilis dili proqramları üzrə mütəxəssis Zülfiyyə Şirinova,Təlimə Dəstək Mərkəzinin xarici dillər bölməsinin mentorları ,təlim keçən müəllimlər və danışıq klublarında iştirak edən şagirdlər qatılıblar.Tədbirdə layihə rəhbəri Səkinə Ağalarova layihənin əhəmiyyəti barədə geniş şəkildə məlumat verdi, o bildirdi ki, İngilis dilində Danışıq Klublarının yaradılmasında əsas məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək,məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. Amerika təhsil eksperti, layihənin təlimçisi Meri Boymer tədris prosesinin təkmilləşdirilməsi istiqamətində yerli mütəxəssislərə inkişafetdirici tövsiyələr verdi.Məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova Azərbaycan Dillər Universiteti ilə məktəb əməkdaşlığının fəaliyyəti barəsində çıxış etdi. Müəllim hazırlığında Universitet-məktəb əməkdaşlığının rolunu xüsusi vurğuladı.İngilis dili Danışıq Klublarının yaradılması layihəsinin təlimlərində iştirak edən məktəbin ingilis dili müəllimləri Sədaqət Məmmədova və Pərvanə Talıbova təlimçi sertifikatı ilə mükafatlandırıldı.