Azərbaycan Dillər Universitetinin müəllim heyətinin məktəb şagirdləri ilə görüşü

Azərbaycan Dillər Universitetinin müəllim heyəti 35 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçirtdi.Görüşdə məktəbin direktoru Rəna Naibova, müəllimlər,şagirdlər ,ADU-nun Təcrübə rəhbəri Məmməd İsmayılov, metodistlər,təcrübəçi tələbələr,Kurikulum İnkişaf və tədris siyasət inkişaf departamentinin müdiri Şəfəq Şahməmmədova, Tələbə qəbulu və tələbə qeydiyyat mərkəzinin direktoru Rəna Fərəcova Universitetin Poliglot qəzetinin əməkdaşları iştirak edirdi.Görüşün məqsədi 10-11-ci sinif şagirdlərinə gələcəkdə ixtisas seçməkdə köməklik göstərməkdən ibarət idi.Azərbaycan Dillər Universitetinin Kurikulum inkişaf və tədris siyasət inkişaf departamentinin müdiri Şəfəq Şahməmmədova şagirdlərə ixtisas seçimində diqqətli və dəqiq olmağı tövsiyə etdi.Universitetin tələbə qəbulu və tələbə qeydiyyat mərkəzinin direktoru Rəna Fərəcova tədbir iştirakçılarına Azərbaycan Dillər Universitetinin tanıtım çarxını nümayiş etdirdi və Universitetin tarixi haqqında məlumat verdi.35№-li tam orta məktəbin direktoru Rəna Naibova Azərbaycan Dillər Universitetinin müəllim heyətinə görüşün keçirilməsinə görə minnətdarlığını bildirdi və Universitet məktəb əməkdaşlığının sıx əlaqəsindən söz açdı.Azərbaycan Dillər Universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin,universitetin professor, müəllim heyətinin, “Müəllim hazırlığında Universitet-məktəb əməkdaşlığının rolu” adlı məktəbdə keçirilən konfransda iştirakını qeyd etdi və bundan sonra da görülən işlərin uğurla nətiçələçəyini vurğuladı.Sonda sınaq imtahanlarında yüksək bal toplamış məktəbin 11 sinif şagirdləri Azərbaycan Dillər Universitetinin müəllim heyəti tərəfində mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi