IV İslam Həmrəyliyi Oyunları

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilmişdir. İslam dünyasını birləşdirən bu həmrəylik ölkəmizdə böyük ruh yüksəkliyi ilə qarşılanmış, xalqımız öz dininə, dilinə, inamına etiqad göstərən insanları vətənimizdə görmək, onları lazımi səviyyədə qarşılayıb, bütün maddi və mənəvi dəyərlərimizi nümayiş etdirərək dünyanın ən nüfuzlu dövlətləri arasında sıralanması, bayrağımızın bayraqlar arasında dalğalanmasını təmin etmək, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərməkdir. Belə möhtəbər ildə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçrilməsi, bunun böyük nümunəsidir. İdmançılarımızın bu oyunlarda qazandığı uğurlar, yüzə yaxın ən dəyərli medalları qazanmaları xalqımızın fəxridir. Bu münasıbətlə məktəbimizdə tədbir təşkil edilmiş, idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz öz bacarıqlarını nümayiş etdirmişlər. Tədbirdə iştirak edən məktəbin tarix müəllimi Ə. Bədəlova iştirakçılara İslam həmrəyliyi və onun tarixi haqqında məlumat verdi. Tədbirin sonunda məktəbin direktoru R.Naibova oyunlarda idmançılarımızın qazandığı uğurları, ölkəmizin bayrağını dəfələrlə yüksəklərə qaldırmaları, himnimizin ən yüksək arenalardan səsləndirilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. İdmanla məşğul olan şagirdlərimizə gələcəkdə bele mötəbər yarışlarda iştirak edərək naliyyətlər qazanmalarını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi