IV İslam Həmrəyliyi oyunlarının məktəblilər arasında təbliği

Dünya xəritəsində önəmli yeri olan, yeraltı və yerüstü sərvətləri, məşhur siyasi xadimləri, alim, şair və yazıçıları, dil, mədəniyyət sahəsində digər tanınmış dövlətlərlə eyni sırada addımlayan Azərbaycanımız həm də, idmana dəyər verən bir ölkə kimi tanınır. Dünyanın ən məşhur idman oyunlarının dəfələrlə bizim ölkəmizdə keçirilməsi bunu bir daha sübut edir. Belə oyunlardan biri də IV İslam Həmrəyliyi oyunlarıdır ki, bizim vətənimiz olan Azərbaycanda keçirilir. Bu işin böyüklərlə yanaşı məktəblilər arasında təbliğ olunmasının lazımlılığını nəzərə alan Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də Dənizkənarı Milli Park ərazisində təşkil olundu. Mindən çox məktəblinin iştirak etdiyi yürüş tədbirində məktəbimizin şagirdləri də yaxından iştirak etdiler.Ökəmizə gələcək İslam ölkələrinin bayraqlarını başları üzərində dalğalandırdılar. Bununla da gələcək idmançıların ölkələrinə və özlərinə ehtiramlarını nümayiş etdirdilər. Tədbir məktəblilərin rəqs-fleşmob və konsert proqramı ilə sona çatdı.