“Ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi”

Psixologiya insanların həyatında çox böyük rolu olan bir sahədir. Hər bir kəs bu sahəyə fikir verir, öz həyat durumunu tənzimləyir.Məktəbimizdə şagirdlərin psixologiyasını formalaşdırmaq, bir –birlərinə qarşı düzgün münasibət qurmalarını təmin etmək üçün onlarla tez-tez söhbətlər keçirilir, məntiqin inkişafı, həyatda tutacağı yola düzgün istiqamət müəyyənləşdirilir. Bunun üçün biz digər psixoloqlarla söhbətlər keçirir, müəyyən tədbirlər təşkil edirik. Belə tədbirlərdən biri də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım Assosasiyasının “Ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi proqramı əsasında təşkil etdiyi, IX – X siniflərlə söhbətlər apardığı, şagirdlərin psixologiyasını yoxlamaq üçün onlara müəyyən tapşırıqlar işlətdiyi və hər kəsi bir- birini və özünü qiymətləndirmə təklifi ilə çıxış etdiyi tədbir oldu. Burada şagirdlər ən sevdikləri şəkilləri çəkdilər, müəyyən fiqurlar hazırladılar. Tədbirin təşkilatçıları onların işlərini qiymətləndirdilər və psixologiyalarını müəyyənləşdirib məsləhətlər verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi