Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri”- mövzusunda Respublika elmi-praktiki konfrans keçirildi

Azərbabcan Dillər Universitetində universitetinin yaranmasının 80 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri “ mövzusunda Respublika elmi-praktiki konfrans keçirildi.Məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova konfransda iştirak etdi.Iki gün davam edən konfransın plenar iclasında çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini içra edən professor Əfqan Abdullayev konfransın xarici dillərin tədrisi kimi önəmli bir məsələyə həsr olunduğunu bildirdi və onun əhəmiyyətindən bəhs etdi.”Dil bilmək insana çox sahələrdə kömək edir “-deyən Əfqan Abdullayev müasir dövrdə öyrənmənin forma və metodlarının dəyişməsindən söz açdı.Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi. Sədaqət Məmmədova “Xarici dillərin tədrisi və kommunikativ səriştəlilik” bölməsində ‘“Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi “ mövzusunda məruzə ilə çıxış etdi. Konfransın yekununda bölmə rəhbərlərinin hesabatları dinlənildi və yekun sənəd qəbul olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi