Dahi səxsiyyətin doğum günü

Müasir Azərbaycan dövlətinin qurucusu, kamil insan, ömrünü xalqına həsr etmiş, azərbaycanlı olmağı ilə fəxr edən ümummilli liderimiz Heydər Əliyevin 94-cü ildönümü ölkəmizdə böyük təntənə ilə qeyd edildi. Kiçikdən böyüyə hamı bu günü müstəqil Azərbaycanın tarixnə qızıl hərflərlə yazılan, əbədiləşən, heç vaxt pozulmayacaq bir tarix kimi qeyd etdi. Bu münasibətlə məktəbimizdə şagirdlərimizin yaddaşında əbədi bir tarixə çevrilmiş şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən tədbir keçrildi, film nümayiş etdirildi.