Bakı şəhəri 35№-tam orta məktəbdə “Ulu Qələbə-Ulu Öndər“ adlı tədbir keçirildi

“Ulu Qələbə-Ulu Öndər“ adlı tədbirin təşkilatçısı məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova, Azərbaycan Dillər Universitetinin Pedaqoji ingilis/alman dili fakültəsinin tələbələri və məktəbin şagirdləri ilə birgə tədbir keçirtdi.Tədbirdə məktəbin müəllim və şagirdləri,Universitetin pedaqoq və metodistləri , iştirak etdi. İki hissədən ibarət olan tədbirin birinci hissəsində məktəbin 5,6,7-ci sinif şagirdləri vətən, qələbə haqqında şeir, mahnı ifa etdilər.Böyük Vətən müharibəsi iştirakçılarının şücaəti haqqında məlumat verildi.Müharibəni əks etdirən video çarx göstərildi.Məktəbin tarix müəllimi Zinaida Musayeva Böyük Vətən müharibəsi haqqında məlumat verdi.Tədbirin ikinci hissəsində şagirdlər Ulu öndər Heydər Əliyevin həyat yolu,müstəqil Azərbaycan uçun gördüyü işlərdən bəhs edən şeir, mahnı ifa etdilər.Məktəbin şagirdlərinin ifasında muğam ,nağara, tar ifaları, “ Azərbaycan təranələri” rəqsi tədbir iştirakçıları tərəfindən yüksək qarşılandı.Ulu Öndər haqqında geniş video çarx nümayiş etdirildi. Məktəbin ingilis dili fənn metodbirləşmə sədri Sədaqət Məmmədova tədbirin ərsəyə gəlməsində zəhməti olan məktəbin şagirdlərinə, ADU-nun tələbələrinə ,məktəbdə hərtərəfli şərait yaratdıqlarına görə məktəbin direktoru Rəna Naibovaya, tərbiyəvi işlər üzrə direktor müavini Aygün Vəliyevaya öz minnətdarlığını bildirdi.Tədbir şagirdlərin ifasında “Bizim Heydər babamız “mahnısı ilə başa çatdı.