“Ədəbiyyat və ədiblərimiz” adlı dəyirmi masa

Kitabxana məktəbin və məktəblilərin ən dəyər verdiyi, axtardığı elmi nümunələri, bədii əsərləri tapıb oxuya bildiyi məkandır. Hər bir müəllim, şagird buraya gəlir,özünə lazım olanları götürür, oxuyur və faydalanır. Tez-tez dəyirmi masalar təşkil edilən yazıçı və şairlərin əsərləri üzərində oxu nümunələri keçirib müzakirə etdiyimiz bu məkanda yeni, məktəbin aylıq iş planına uyğun olaraq keçirilən ədəbiyyat aylığı ilə əlaqəli dəyirmi masa təşkil edildi. Müəllim və şagirdlərimizin iştirak etdiyi və fikirləri bölüşdüyü bu maraqlı dəyirmi masada ədəbiyyatın incəlikləri ,mənəvi dəyərlər, vətənpərvərlik, dostluğa sədaqət, anaya məhəbbət hissləri sanki bir rəssam fırçası ilə tablolara köçürülüb iştirakçıların ruhuna, qəlbinə hopduruldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi