Məktəbimiz “Oxu günü”ndə

Aprel ayında keçirilən elmə aid silsilə tədbirlərdən biri də “Oxu günü”nə həsr olunmuş tədbirlərdir.Belə tədbirlər bütün orta və ali məktəblərdə, kitabxanalarda təşkil edilmiş,şagird və tələbələrimiz Azərbaycan və dünyanın həm klassik, həm müasir şair və yazıçılarının əsərləri ilə tanış olmuş, oxumuş, səhnəciklər təşkil etmiş, şeirlər söyləmiş, bədii qiraət müsabiqələri təşkil etmişdilər.Belə ən böyük tədbirlərdən biri də aprel ayının sonunda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkil etdiyi “Oxu günü” tədbiri olmuşdu. Tədbirdə müxtəlif elm adamları, alim, şair və yazıçılarımız iştirak etdilər. Həmin tədbirdə söylənilən elmi fikirlər, müdrik sözlər bütün insanların, xüsusən də, şagirdlərimizin ürəyincə oldu. Məktəbimizin müəllim və şagirdləri də “Oxu günü”nə həsr olunan möhtəşəm tədbirdə iştirak etdi, Azərbaycanın bütün bədii tarixini əks etdirən kitab sərgisinə, təşkil olunmuş müxtəlif rəsm əsərlərinə tamaşa etdilər.Tədbiri diqqətlə izləyən şagirlərimiz sonda Təhsil Nazirliyinin tanınmış nümayəndələri və Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanımla görüşdə o, şagirdlərimizi yaxşı oxumalarını, elmlə məşğul olmalarını tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi