ADU-da ”Milli adət- ənənələrimizi yaşadaq“ adlı ədəbi-bədii musiqili tədbir keçirildi

Aprelin 28-də Azərbaycan Dillər Universitetində milli dəyərlərimizin qorunması təşəbbüsünə müvafiq olaraq,”Milli adət-ənənələrimizi yaşadaq “adlı ədəbi–musiqili tədbir keçirildi.Hər zaman adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürmək missiyasını layiqincə yerinə yetirən Azərbaycan Dillər Universitetində artıq ənənə halını alan bu təşəbbüsün başlıca məqsədi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığın daha möhkəmləndirilməsi , milli irsimizin tətbiq edilməsidir. Universitet–məktəb əməkdaşlığının davamı olaraq məktəbin direktoru Rəna Naibova bu tədbirə dəvət olunmuşdur.Universitetin foyesində məktəbin şagirdlərinin əl işləri, Azərbaycanın tarixi abidələrinin qum, gil ilə düzəldilmiş, müxtəlif ipək lenltlərlə, dəniz daşları ilə olan işləri sərgiləndi.Sərgi xarici və yerli qonaqlar tərəfindən böyük maraqla qarşılandı.Məktəbin texnologiya müəllimi Sabirə Namazova şagirdlərin əl işləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev milli sərvətimiz olan muğamımıza Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısını ön plana çəkərək, bu diqqət sayəsində muğam sənətinin yüksək zirvəyə çatdığını söylədi.Əfqan Abdullayev tədbir iştirakçılarının Azərbaycan musiqisinə , muğamına qiymət verməsinin , Azərbaycan mədəniyyəti və musiqisinin möhtəşəmliyinin şahidi olduğunu qeyd etdi. Tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi