Bilik səviyyələrini sınayırlar

Bilik səviyyələrini sınayırlar.Aprelin 21-də Bakı şəhəri 35 N-li tam orta məktəbin illik fəaliyyət planına uyğun olaraq IX siniflərdə ana dili və riyaziyyat fənləri üzrə məktəbdaxili monitorinq keçirildi.Şagirdlərə monitorinq zamanı müxtəlif variantlar üzrə hər bir fənnə aid açıq və qapalı suallardan ibarət 30 sual təqdim edildi. Tərtib olunan materiallar cari tədris ilini əhatə etmişdir. Aparılan məktəbdaxili monitorinqdə IX sinif şagirdləri təqdim olunan tapşırıqları həll edərək, dərs ilinin sonuna olan əldə etdikləri bacarıq və qabiliyyətləri nümayiş etdirdilər. Monitorinqdən sonra nəticələrin əvvəlki nəticə ilə müqayisəli təhlili və bir sıra istiqamətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi