“Müəllim hazırlığında universitet – məktəb əməkdaşlığının rolu” adlı konfrans keçirildi.

35№-li tam orta məktəbdə Azərbaycan Dillər Universitenin müəllim heyəti və təcrübəçi tələbələrin, məktəbin müəllim və şagirdləri ilə birgə təşkil etdiyi “Müəllim hazırlığında universitet - məktəb əməkdaşlığının rolu” adlı konfrans keçirildi.Konfransda məktəbin direktoru Rəna Naibova, müəllim-şagird kollektivi , Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, İngilis dilinin Leksikologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Amil Cəfərov, Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Pedaqoji təcrübə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Məmməd İsmayılov, Tədris şöbə müdiri Şəfəq Şahməmmədova, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, metodistlər- f.e.n., dosent Arif Əsədov və baş müəllim İradə Bəylərova, Mətbuat şöbəsinin rəhbəri Araz Ağayev iştirak etdi.Məktəbin foyesində məktəbin ingilis dili müəllimlərinin uğurlarını əks etdirən diplom və sertifikatlardan, həmçinin şagirdlərin əl işləri, çəkdikləri foto-stendlərdən ibarət sərgiyə baxış keçirildi. Məktəbin direktoru Rəna Naibova məktəbin uğurları, ingilis dili müəllimlərinin fəaliyyət və müvəffəqiyyətlərindən,təcrübəyə gələn tələbələrin öyrənən kimi gəlib,öyrədən-müəllim hazırlanmaları üçün göstərdikləri səydən,müəllimlik peşəsinin sirlərindən və gələcəkdə əsl müəllim kimi fəaliyyətlərinin təcrübə əsasıda qazandıqları ilə bağlılığından danışdı.Azərbaycan Dillər Univesitetinin rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev öz çıxışında foyedə diqqətlə seyr etdiyi, məktəb şagirdlərinin əl işlərinə heyran qaldığını söyləyərək, məktəbin müqəddəs yer olduğunu bildirdi. Təhsil sahəsinin qarşısında gəncləri əsl vətəndaş kimi yetişdirmək vəzifəsinin durduğunu deyən Əfqan Abdullayev dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısından danışdı. Müasir dövrdə xarici dilləri bilmək həmin ölkələrin mədəniyyəti, tarixi, adət-ənənələri haqqında məlumat almaq deməkdir. O, hər hansı müəllim yetişdirən ali məktəb olursa-olsun, orta məktəblərlə əməkdaşlıq etməli, qarşılıqlı təcrübə mübadiləsi qurmalı,gələcəyin müəllimi kimi hazırlanan tələbələrin onların təcrübəsindən öyrənməli olduqlarını qeyd etdi. Ali və orta məktəblərin tələbə və şagirdlərinin, müəllim heyətinin konfrans və semirallarda birgə iştirakının yüksək səmərə verdiyini, bundan sonra da əməkdaşlıq davam etdirilərsə daha böyük elmi nəticələr əldə edilə biləcəyindən söz açdı.“Pedaqoji təcrübə tələbələrin gözu ilə ,sözü ilə” adlı video çarxın nümayişindən sonra, məktəbdə pedaqoji təcrübə keçən Universitetin Təhsil fakültəsinin 413a,413b, “SABAH” , Esseks qruplarının tələbələri təcrübə keçdikləri müddət ərazində onlarla birgə işləyən müəllimlərdən öyrəndiklərindən,şagirdlərlə necə münasibət qurduqda yüksək nəticə qazana bilməyin mümkünlüyündən, ənənəvi dərslərlə interaktiv dərslər arasındakı yaxınlıq və fərqlər, interaktiv dərslərin səmərəsindən ,dərslərdə fəal təlim üsullarının , iş formalarının məqsədəuyğun seçilməsindən bəhs edən təqdimatlarla çıxış etdilər.Konfransın sonunda professor Əfqan Abdullayev onların öz potensialını üzə çıxarmasında onlara hər cür şərait yaradan və dəstəkləyən məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi