Aprel döyüşlərində qazandıqlarımız

Keçən ilin aprel ayında mənfur düşmənlərimiz atəşkəsi pozaraq, ordumuzun mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutur, onları sarsıtmağa, geri çəkilməyə məcbur etməyə çalışırdılar. Lakin igid döyüşçülərimiz düşməni cavab atəşi ilə susdurur, onları torpaqlarımızdan qovur, öz mövqelərini daha da möhkəmləndirir, düşmənə irəliləməyə imkan vermir, torpaqlarımızı azad edir, döyüş üçün əlverişli yüksəklikləri düşməndən geri alır, onların döyüş sursatlarını susdurur, qələbə bayraqlarımızı azad torpaqlarımıza sancaraq, xalqımızı sevindirdilər. Hazırda düşmən tapdağından azad olunan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə tikinti işləri aparılır. Xalqımız sevinc içərisində oraya köçəcəyi günü gözləyir. Ordumuzun qazandığı bu qələbə münasibəti ilə məktəbimizdə “Aprel döyüşlərində qazandıqlarımız” adlı tədbir keçirildi. Tədbirdə ordumuzun keçdiyi şərəfli yol, qazandığı nailiyyətlər nümayiş etdirildi. A.Qasımovun həzin səsi ilə başlanan tədbir qazanılan qələbə, döyüş səhnələrinin göstərilməsi ilə davam etdirildi. Tədbirdə məktəbin direktoru R.Naibova çıxış edərək qazanılan qələbə münasibəti ilə müəllim və şagirdlərimizi tədbrik etdi. Tədbir “Qələbə” mahnısı ilə sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi