Mülki Müdafiəyə həsr edilmiş tədbir

Məktəbdə Mülki Müdafiə tədbirlər planına uyğun olaraq, aprelin 13-də Mülki Müdafiəyə həsr edilmiş tədbir keçirildi. Tədbir səhər saat 08:00-da ümumiməktəb düzülüşü ilə başladı və saat 13:00-a qədər davam etdi. Şagirdlər məktəbin foyesində təşkil edilmiş sərgi ilə tanış oldular, sonra məktəbin idman zalında II, X siniflər üçün tədbirin davamı keçirildi. Tədbirdə məktəbin direktoru, məktəb Mülki Müdafiə qərargah rəisi iştirak etdilər. Onlar şagirdlər qarşısında çıxış edərək mülki müdafiənin əhəmiyyətindən, xalqın həyatındakı rolundan danışdılar. Daha sonra məktəbin hərbi rəhbəri “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizə rolu" mövzusunda geniş məlumat verdi. Yuxarı sinif şagirdləri fövqəladə hallar zamanı istifadə olunan əleyhqazların geyilmə qaydalarını nümayiş etdirdilər. Kiçik yaşlı şagirdlər də həmin geyim qaydalarını təkrarladılar. Hər hansı fövqəladə hal baş verərsə necə tibbi yardım göstəriləcəyi haqda məktəbin tibbi sanitar qrupunun rəhbəri məlumat verdi və nümunələr nümayiş etdirdi. Şagirdlərə məktəbin akt zalında Mülki Müdafiə gününə həsr olunmuş film göstərildi. Həmin filmdə fövqəladə hal zamanı Respublikanın Fövqəladə Hallar Nazirliyinin göstərdiyi ilk yardımlar: Yanğından mühafizə, Xəzər hövzəsində xilas etmə, Xüsusi riskli xilas etmə, Mülki Müdafiə qoşunları, Dövlət sulardan mühafizə işləri, Aviasiya dəstələri və Tibbi xidməi nümayəndələrinin əhali və ərazinin təhlükələrdən xilas edildiyi nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi