Şahmat yarışı

Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı aprelin 12-də Nəsimi rayon məktəbliləri arasında Şahmat yarışı keçirildi. Yarışda rayonun pilot məktəblilərinin şagirdləri iştirak edirdilər. Keçirilən yarışda məktəbimizdən bir nəfər IV sinif şagirdi Ayan Məmmədova iştirak edirdi. Yarış yüksək səviyyədə təşkil olunmuş, məktəblilərə hər cür şərait yaradılmışdı. Şagirdlər yarış boyu öz bacarıqlarını nümayiş etdirdilər. Məktəbimizin şagirdi göstərdiyi nəticəyə görə müvafiq yerə layiq görülərək yarışın şəhər mərhələsinə vəsiqəni qazandı. Onun növbəti mərhələdə qalib gəlməsinə inarır və uğurlar arzulayırıq.