Aprel döyüşlərinə həsr edilmiş tədbir

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Aprel döyüşlərinin ildönümü münasibəti ilə tədbir keçirildi. Bu tədbirdə bizim məktəblilər də iştirak etdilər. Tədbirdə məktəblilərin iştirakı ilə “Aprel döyüşləri dərslərinə” start verildi. Tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Məktəblilərə Qarabağ müharibəsi və Aprel döyüşləri haqqında məlumat verildi. Aprel döyüşləri dərsində iştirak edən Nəsimi rayon məktəbliləri bildirdilər ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.