Məktəbimiz “Məktəb bağları” layihəsində iştirak etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən iməcilik təşkil edilmişdir. 111 nömrəli tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirildi, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkildi. Bu layihədə bizim məktəbin şagirdləri də iştirak etdi. Şagirdlərimiz işlərini çox həvəslə görür, hər əkilən ağacın insanların həyatındakı önəmini bir-birinə anlatmağa çalışır, məktəbin həyətindəki göz oxşayan gözəlliklərdə əməkləri olduğu üçün sevinc hissi keçirir, belə bir iməciliyin öz məktəblərində keçirilməsini arzulayır və bu təşəbbüsün təşkilatçısına hörmət və minnətdarlıq bildirirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi