Təbiətdəki innovativ texnologiyalar

Təbiət Elmləri İctimai Birliyinin təşəbbüsü ilə məktəbdə “ Təbiəti qorumaqla onu tanımaq mümkündür” devizi altında tədbir keçirildi. Tədbirdə İctimai Birliyin sədr müavini T.İbrahimov şagirdlərə canlılardakı sistemlərin quruluşunu təqlidetmə elmi kimi tanınan biomimetikanın meydana gəlməsi bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamları üçün çox böyük məğlubiyyət olduğundan, təbiətdəki dizaynlar ən az məlumat və enerji ilə ən yüksək məhsuldarlıq təmin etmələri, özünü təmir xüsusiyyətləri, təbiət dostu olmaları, səssiz işləmələri, estetik, davamlı və uzunömürlü olmaları baxımından texnoloji fəaliyyətlər, təbii sistemləri model kimi qəbul edərək bu gün istifadə etdiyimizdən daha uzunmüddətli texnoloji məhsullar istehsal edə bilməsindən danışdı və uşaqlara uzun əsrlərdən qalmış canlıların qalıqlarını əks etdirən nümunələr nümayiş etdirdi. Şagirdlərə “ Təbiətdəki İnnovativ Texnologiyalar” adlı kitabı hədiyyə etdi.