Şagirdlərimiz Nağıllar aləminə səyahət etdilər

Nağıllar - uşaqların ən çox sevdiyi ədəbi janrdır. Onların bu məhəbbəti nağıl personajlarını məktəb səhnəsində canlandırmağa sövq etmişdir. 10 mart 2017-ci il tarixində Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 5,6,7,8- ci sinif şagirdlərinin iştirakı ilə "Nağıllar aləmində" adlı tədbir keçirilmişdir. Tədbiri məktəbin rus dili müəllimləri Qasımova Əntiqə və Qədirova Şəfəq təşkil etmişlər. Tədbirdə dörd nağıl səhnələşdirilmişdir. "Qırmızı papaq" nağılında 6 və 7b sinif şagirdləri öz məharətlərini göstərərək nağıl personajlarını məktəb səhnəsində canlandırmışlar. "Qoğal" nağılı 6a sinif şagirdlərinin iştirakı ilə hamının diqqətini çəkmişdir. 8b sinif şagirdlərinin hazırladığı rus nağılı "Maşa və ayı" tədbir iştirakçılarının marağına səbəb olmuşdur. 5,6,7- ci sinif şagirdləri isə öz artistlik qabiliyyətini "Üç ayı" nağılında göstərmişlər. Bu tədbirdə məktəbin gənc rəqqasələri öz rəqsləri ilə hamını feyziyab etmişdir. Tədbirdə müəllim və şagird kollektivi ilə yanaşı valideynlər də iştirak etmişlər və şagirdlərin çıxışları yüksək alqışlarla qarşılanmışdır. Tədbirin sonunda məktəbin direktoru Rəna Naibova çıxış edərək şagirdlərin bu bacarıq və qabiliyyətlərini yüksək qiymətləndirərək onları "Nağıllar aləmində" tədbirində fəal iştirakına görə "Fəxri Fərman"la təltif etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi