Bakı şəhəri 35 N-li tam orta məktəbdə keçirilən silsilə tədbirlərin davamı olaraq 07.04.2017-ci il tarixində fənlər üzrə IV siniflər arasında “ Yaxşıların yaxşı”sı bilik yarışının növbəti II mərhələsi keçirildi. IV sinif şagirdlərinin cari tədris ilində bacarıq və qabiliyyətlərinin aşkar edilib üzə çıxarılması üçün şagirdlərə təqdim olunan açıq və qapalı tipli suallardan ibarət tapşırıqlar verildi. Bilik yarışının növbəti mərhələsi II turdan sonra təşkil olunacaq və qalib dördüncülər qazandıqları nəticələrə uyğun məktəb rəhbərliyi tərəfindən qiymətləndiriləcək.