“Uşaq hüquqlar : Öyrənək və öyrədək”

Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Nəsimi Rayon İcra hakimiyyətinin nəzdində “ Uşaq Hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirdi. Bu təlimdə məktəbimizin şagirdləri də iştirak etdilər, verilən sualları cavablandırdılar, bilmədiklərini öyrəndilər.İnternetin uşaqların həyatındakı yaxşı və pis təsirini , lazımi informasiyanı ala bildiklərini, lakin oyunlara aludə olaraq asılılıq yaranarkən orqanizmə ziyanını, bunu aradan qaldırmağın yollarını öyrəndilər.Təlimdə fəal iştirak etdiyinə, uşaq hüquqlarını yaxşı bildiyinə görə IX sinif şagirdi İ.İsmayıl komitə tərəfindən Sertifikata layiq görüldü. Təbrik edir, uğurlar arzulayırıq.