“Şahin” hərbi- idman yarışı

Gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “ Şahin” hərbi –idman oyunlarının əsasnaməsi əsasında 06.04.2017-ci il tarixində Bakı şəhəri 35 N-li tam orta məktəbdə məktəbin tədbirlər planına uyğun olaraq yarışı hazırlıq mərhələsi keçirildi.Tədbirdə məktəbin direktoru, direktor müavinləri , hərbi rəhbər, fiziki tərbiyə müəllimləri iştirak edirdi. Bu mərhələdə komandaların tərkibi 14 nəfərdən ibarət VIII, IX və X sinif şagirdləri olmaqla 3 komanda yarışırdı.Komandalar tam tərkibdə sıraya düzüldülər. Əvvəlcə komandaların kapitanları məruzə etdilər. Daha sonra hər bir komanda öz bacarıqlarını, sıra addımı ilə hərəkət, mahnı ilə hərəkət, kapitanların məruzəsi,cərgə nizamı, salamlaşma, bir cərgədən iki cərgəyə və əksinə , yerində və hərəkət zamanı dönmələr ( sağa,sola,geriyə) komandirin əmri ilə dağılma kimi nominasiyalar nümayiş etdirdilər.Müşahidə edilən nöqsanlar və çatışmazlıqlar nəzərə alınaraq yarışın rayon mərhələsi üçün komanda seçildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi