Şagirdlər arasında tibbi baxış keçirildi

Məktəbin fənn kabinetləri, kitabxanası, akt zalı və digər otaqları olduğu kimi xüsusi həkim, otağı da var. Burada şagirdlərə xüsusi qayğı göstərilir. Yardım lazım olduqda müayinə edilir. Həkim Ə.Sevinc, tibb bacısı Ə.Sona şagirdlərlə onların sağlamlığı ilə yaxından maraqlanır. Tez-tez şagirdlər arasında gigiyenik baxış keçirir, onların təmizliyə necə riayət etdiklərinə nəzarət edirlər. Belə tədbirlərdə biri də tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva, həkim və tibb bacısının iştirakı ilə keçirildi. Şagirdlərin saçları, dırnaqları,dəri və əsnəkləri yoxlanıldı. Onların ümumi gigiyenik qaydalara necə əməl etdiklərinə fikir verildi, müəyyən söhbətlər aparıldı.