Beynəlxalq uşaq ədəbiyyatı günü

Şagirdlərdə bədii ədəbiyyata marağı artırmaq, həm Azərbaycan , həm dünya ədəbiyyatı ilə onları yaxından tanış etmək, bədii qiraətlərini, nitq qabiliyyətlərini sürətləndirmək və ifadəli oxularını təmin və təşkil etmək üçün ilin müəyyən vaxtlarında əlavə oxular təşkil edilir, müsabiqələr keçirilir. Belə günlərdən biri də 2 aprel Beynəlxalq Uşaq kitabı gününə həsr edilmişdir. Məktəbin daxilində bədii kitablar sərgilənmiş, ibtidai siniflər arasında sürətli və ifadəli oxu yarışı keçirilmişdir. Bu yarışda şagirdlərimiz daha yaxşı oxumağa səy göstərmiş və yaxşılar seçilərək təltif edilmişdir.