Kəlbəcərin işğalı günü

Azərbaycan torpaqlarının bütövlüyü, xalqımızın toxunulmazlığı əbədidir.Biz heç vaxt bir qarış torpağımızı düşmənə vermək, onun ayaqları altında inlətmək fikrində deyilik. Düzdür, müvəqqəti olaraq nankor qonşularımız, xəyanatkar ermənilər bir neçə rayonumuzu işğal etmiş, xalqımızı yerlərindən – yurdlarından didərgin salmışlar. Belə ərazilərdən biri də işğalı bu günə 3-4 aprelə təsadüf edən Kəlbəcər rayonudur. Səfalı yaylaqları, sərin bulaqları, yeraltı və yerüstü sərvətləri ilə məşhur olan bu yerlər müvəqqəti olaraq düşmənlərin əlindədir. Lakin bir gün gələcək Ali Baş Komandanımızın əmrimi gözləyən güclü Azərbaycan ordusunun əsgərləri o yerləri də işğaldan azad edəcək, aprel ayında ermənilərdən geri alınan yüksəkliklərimizin siyahısına, əlavə edəcəklər. Biz buna inanırıq və ordumuza arxayınıq.