Məktəblilərarası II Məntiq Olimpiadası

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin , diqqət,nitq və qavrama kimi bacarıqlarının inkişafına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlb olunmaları, bu yaş qrup şagirdlərinin olimpiada, müsabiqə və yarışlarda təcrübələrini artırmaq, onlarda istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq kimi işlər günün vacib tələblərindən biridir.Bunları nəzərə alaraq BŞTİ və İstək liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın keçirilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri 35 N-li tam orta məktəbdə verilən əmrə müvafiq olaraq 01 aprel 2017-ci il tarixində V- VI sinif şagirdləri arasında olimpiadanı yüksək səviyyədə təşkil edərək keçirdi. Keçirilən olimpiadaya bu yaş qrup şagirdləri cəlb olunmuşdular. “Məntiq Olimpiadası”nda şagirdlər böyük həvəs və maraqla iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər.