Xalq ordu,ordu xalq birliyi

C.Naxçıvanski adına hərbi liseydə Nəsimi rayon icra hakimiyyəti 31.03.2017 ci il tarixdə liseyin kursantları ilə yüksək səviyyəli tədbir keçirdi.Həmin tədbirdə Nəsimi rayon icra başçısı,hərbi liseyin yüksək rütbəli zabitləri,Nəsimi rayon ümumtəhsil məktəb şagirdləri iştirak edirdilər.Tədbir 2016cı il aprel döyüşlərinin il dönümü,döyüşlərdə döyüşən əsgərlərin şücaəti və həmin döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərlərimizin keçdiyi döyüş yolu məktəblilərin diqqətinə çatdırıldı.Döyüş zamanı qəhrəmancasına şəhid olan əsgərlərimizin xatirəsi sükutla yad edildi.Keçirilən tədbirdə 35 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri də iştirak edirdi.Tədbir şagirdlərimizdə vətənpərvərlik əhval-ruhiyyəsini daha da yüksəltdi.Şagirdlərimiz Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə and içdilər.