Ümumtəhsəil məktəblərində “Ingilis dili danışıq klubunun yaradılması” layihəsinin yekun seminarı

Bakı Şəhər Təhsil İdarəsinin və Amerika Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ümumtəhsil məktəblərində ingilis dili danışıq klubunun” təlimlərin yekunu olaraq seminar keçirildi. Seminarı “İngilis dili danışıq klubunun yaradılması” layihəsinin rəhbəri Bakı Şəhəri Təhsil İdarəsinin İnkişaf Layihələr Sektorunun məsləhətçisi Səkinə Ağalarova keçirirdi.Səkinə xanım layihənin əsas məqsədi olan şagirdlərin məktəbdə qazandıqları xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək ,məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etmələrinə dəstək vermək,ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət kompleksini aradan qaldırmaqda olduğunu qeyd etdi.Klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi-müəllimlər tərəfindən yüksək səviyyədə icra olunmasını xüsusi vurğuladı.Beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadılısi aparıldı.İngilis dili müəllimlərinin təklifləri dəyərləndirildi və onların müvafiq tələblərə uyğunluğu müzakirə olundu.İngilis dili danışıq klubunun 8 təlimdən ibarət olan dərsləri məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova tərəfindən slaydlarla yığılmış formada seminarda müəllimlər göstərildi.Sonda Səkinə Ağalarova təlmiçi müəllimlərə 2 həftə ərzində görəcəkləri işlərin hesabatını tərtib etməyi tapşırdı, işlərində uğurlar arzuladı və xatirə şəkli çəkdirdilər.