"Sağalmayan yaramız -31mart"

"Sağalmayan yaramız -31mart" Keçmişi unudanın gələcəyi olmaz deyirlər...Biz də unutmadıq, unutdurmadıq...Gələcəyimiz olan gənclərin vətənpərvər ruhunun şahidi olduq bu gün... Bu bizi sevindirir, fərəhləndirir...31 mart 2017 ci il tarixdə Nəsimi rayon 35 saylı məktəbdə ADU-nun təcrübəçi tələbələri ilə məktəb rəhbərliyinin birgə hazırladığı "31 mart-azərbaycanlıların soyqırımı" na həsr olunmuş tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə məktəbin tarix müəlliməsi Zinaida xanım açdı. O xalqımızın başına gətirilən müsibətlərdən söz açdı və hadisələrin baş vermə səbəbini və ağır nəticələrini açıqladı. Daha sonra 5, 8 və 9-cu sinif şagirdlərinin ifasında şerlər səsləndi. 9b sinif şagirdi Cavid Əmiraslanov Türkiyə- Azərbaycan birliyini əks etdirən " Çırpınırdın Qara dəniz" mahnısını ifa etdi. Tədbirin sonunda təcrübəçi tələbə SABAH qruplarının tələbəsi Gülnar Mustafayeva öz yazdığı " Tarixlərin sınağından qalib çıxan Azərbaycan" adlı şerini söylədi. Tədbir xatirə şəklinin çəkilməsi ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi