31 mart azərbaycanlıların soyqırım günüdür

Hər il olduğu kimi bu il də məktəbdə 31 Mart soyqırım günü qeyd edildi. Şagirdlərə bu hadisə ilə əlaqədar film göstərildi.Filmdə xalqımızın başına gətirilən acı göz yaşı töküləcək və ürəkyanğısı ilə baxıb xatırlayacağımız hadisələr nümayiş etdirildi.Bu filmdən təsirlənən şagirdlərimizdə xalqımızın başına gətirilən faciələrə görə düşmənə daha böyük nifrət yarandı. Onların qəlbində vətən sevgisi, vətənə məhəbbət daha da gücləndi.