Ulu Öndər Heydər Əliyevin 94 –cü il dönümünə həsr olunmuş “ Ən yaxşı təqdimat “ müsabiqəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəbdə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi xalqı və vətəni uğrunda ömrününü çox hissəsini çıraq etmiş dövlət xadimi H.Əliyevin 94-cü ildönümü ilə əlaqədar şagirdlər arasında “ Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə şagirdlərimiz iştirak etdilər. Ulu öndərin şərəfli həyat və fəaliyyətinə, zəngin siyasi irsinə, daxili və xarici siyasətinə, dil məsələlərinə. Dünya liderləri arasında mövqeyinə həsr olunan təqdimat müsabiqəsində 9-cu sinif şagirdi İ.İsmayılın işi nümunəvi hesab edilərək müsabiqənin rayon mərhələsinə göndərildi.