Tarix fənn aylığı keçirildi.

Mart ayı ərzində məktəbdə tarix aylığı keçirildi. Məktəbin tədris işləri üzrə direktor müavini və metodbirləşmə sədri müəllimlərin dərslərini dinlədilər. Kurikulum dərs proqramının tələbləri gözlənilməklə şagirdlər keçirilən dərsləri mənimsədilər.Bunlarla yanaşı 9a sinfində Bədəlova Ətrabə müəllimin,5b sinfində Musayeva Zinaida müəllimin Azərbaycan tarixi fənnindən açıq dərsləri keçirildi. Zinaida müəllimin keçirdiyi 1 saatlıq açıq dərs iştirak edən müəllimlərin yaddaşına müəllim – şagird münasibətlərinin qurulması, ünsiyyət vasitələrindən, müraciət formalarından necə istifadə etmək bacarığı, öyrətmə qabiliyyəti kimi yazıldı. Hər iki dərs təhlil edildi və müsbət qiymətləndirildi.