Biz təbiəti sevirik

Məktəbdə 28 mart tarixində IV a sinif şagirdləri şəhərimizdə yaşıllığı qoruyaq və artıraq devizi altında məktəbin həyətinddə abadlıq, təmizlik işləri aparmış ağac əkmişlər. Bu gün onlar ağac əkməklə təbiəti qoruyur, öz vətənlərinə, doğma şəhərlərinə sevgilərini bildirirlər, anlayırlar ki, hər bir əkilən ağac təmiz hava deməkdir. Onlar hər zaman vətənin, torpağın qayğısını çəkməyə hazır olduqlarını indidən öz sevgiləri ilə biruzə verirlər.