“Ölkəmizi tanıyaq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin yola salınması mərasimi keçirilmişdir.Bizim məktəbin 9-cu sinif şagirdi Bayramov Murad bu tura həvəslə qoşuldu. Turda iştirak edən şagirdlər Naxçıvan Muxtar Respublikasına səfərə yola düşdülər. Şagirdlər Naxçıvan şəhərinin görməli yerlərində olmuş, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olmuşlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi