Birincilərin Novruz şənliyi

Birincilərin Novruz şənliyi Milli bayramımız olan Novruzu məktəbimizin birinciləri bu gün həvəslə qeyd etdilər.Sinif bayram əhval-ruhiyyəsində bəzədilmişdi.Şagirdlər Novruza aid çəkdikləri şəkilləri nümayiş etdirdilər.Sinif müəllimi Bayramova Yasəmən Novruzun tarixi haqqında məlumat verdi.Şagirdlər müxtəlif şeirlər,mahnılar oxudular,rəqs etdilər.Bahar qızın gəlişi,Kosa və Keçəlin çıxışları şənliyə daha böyük maraq qatdı.Sinif qızlarının-Əsmanın,Mədinənin,Məleykənin,Gülnarənin,Aysunun,Nəzrinin,Ayanın ifasında "haxışta"lar səsləndi.Şagirdlər bəzədikləri yumurtaları döyüşdürdülər.Şənlik çox maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi