Pedaqoji Şuranın növbəti iclası keçirildi
Məktəbin Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. İclası məktəbin direktoru Rəna Naibova açıq elan edərək gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etdi və Elm və Təhsil Nazirliyinin 28.08.2024 cü il tarixli 411 nömrəli əmrindən irəli gələn zəruri tədbirlər haqqında çıxış etdi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev tədris ilinin birinci yarımilinin yekunları, BSQ -nin aparılması və nəticələri, IV-V-VI-VIII-IX siniflərdə aparılan monitorinqin nəticələri, Respublika Fənn Olimpiadalarının rayon mərhələsində şagirdlərin göstərdikləri nəticələri haqqında çıxış etdi.
Daha sonra fənn metodbirləşmə rəhbərləri yarımil ərzində gördükləri işlərin hesabatı ilə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili ilə bağlı Aygün Vəliyeva, kitabxana müdiri və məktəb psixoloqu gördükləri işlərin hesabatları ilə çıxış etdilər.
Sonda fənn müəllimləri və sinif rəhbərlərini maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı