Torpaq çərşənbəsi

Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə “, ”Torpaq çərşənbə”si adları ilə də tanınır. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. İnsanlar məişətdə, təsərrüfatda köklü yeniliklər edirlər. 35№-li tam orta məktəb tədbirlər planına əsasən bu münasibətlə iməclik keçirdi. İməclikdə yuxarı sinif şagirdləri və müəllimlər iştirak etdilər. Məktəbin həyətində ağacların dibləri belləndi, artıq qol-budaqlar budandı, yaşıllıqlar suvarılaraq təmizlik aparıldı. Siniflərdə, dəhlizdə, dibçəklərə qulluq edildi və sinif otaqları təmizləndi.