Yel çərşənbəsi

Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd ilaxır çərşənbələrini qeyd edir.Xalq arasında “Yelli çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan yel çərşənbəsi ilaxır çərşənbəsinin üçüncüsüdür.Yel çərşənbələri günü tonqallar qalanır, evlərdə aş bişirilir,süfrələrə daha çox quru meyvə,çərəzlər düzülür. Hamı axır çərşənbə üçün hazırlıq işləri görür. Ev əşyaları təmizlənir, xalça- palaz çırpılır, yorğan-döşəklər təmiz havaya verilir.Bu münasibətlə məktəbimizdə də yel çərşənbəsi ilə bağlı bir sıra işlər görüldü.Bunlardan biri də məktəbimizin yuxarı sinif şagirdlərinin keçirdikləri iməcilik oldu.Məktəbin həyətyanı sahəsində təmizlik işləri aparıldı, iməcilikdə yaşıllıqlar suvarıldı, ağacların dibləri boşaldıldı. Bu işdə şagirdlərimiz böyük ruh yüksəkliyi ilə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi