İdman günü

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” təsis edildiyi gündən hər il ölkəmizdə İdman günü təntənəli qeyd edilir. Belə ki, Mart ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti Bədən tərbiyəsi və idman günü ilə əlaqədar yüksək səviyyəli tədbir keçirildi.Keçirilən tədbirdə Respublika və Bakı şəhər çempionatlarında qalib olmuş məktəblilərin iştirakı ilə məktəblilərin paradı keçirildi. Həmin iştirakçılar arasında məktəbimizin 8-9-cu sinif şagirdləri də böyük ruh yüksəkliyi ilə iştirak etdilər.