Qaliblərimiz

Keçən tədris ilində Bakı Şəhər üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərinin 5 və 6 –cı sinif şagirdlərinin iştirakı ilə “ Lütfizadə adına Məktəblilər arası Məntiq Olimpiadası təşkil olunmuşdur. Olimpiadada məktəbimizin şagirdləri də iştirak etmiş, həmin şagirdlərdən üç nəfəri Qurbanova Səbinə, Məmmədov Səlim, Həsənova Zəhra Məntiq Olimpiadasının final turuna haqq qazanmış, sertifikatla təltif olunmuşlar. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.