İngilis dili danışıq klubunun fəal təlimçiləri

Hər həftənin çərşənbə günləri məktəbdə keçirilən “Ingilis dili danışıq”klubunun işgüzar işi davam etdirildi. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Bohmer ilk öncə ev tapşırıqlarının yetirilməsini yoxladı.Yeni mövzu ilə keçmiş mövzunu əlaqələndirdi,klubda komanda , sinif qruplarının yaradılmasını təlimçilərə izah etdi.Qruplarda olan iş fəal təlimçilər tərəfində düzgün icra olunurdu.Cütlərlə iş təlim boyu davam etdirildi. Sonuncu iş tez bir zamanda müxtəlif suallarla müəllimlər arasında müsahibə almaq idi və yenidən keçmiş qrupa qayıdıb , müsahibə götürülən təlimçi haqqında yoldaşlarına məlumat verilmək tapşırıldı.Təlimçilərin fəallığını Meri Bohmer çox yüksək qiymətləndirdi və yerlərdə “Ingilis dili danışıq “klubunun yaxşı alınacağına əmin olduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi