1 Mart “Ümumdünya Mülki Müdafiə günü”

Azərbaycan Respublikası Nazirlər kabinetinin 193 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydalarına” müvafiq mühafizə bilikləri ölkəmizin 8 yaşından yuxarı bütün vətəndaşlarına öyrədilməlidir. Bu məqsədlə məktəblərin tədris proqramlarına ümumi orta təhsilin tərkib hissəsi olmaqla “Mülki müdafiə fənni daxil edilmişdir. Bu fənnin öyrədilməsində başlıca məqsəd- onları təbii fəlakətlərin, qəzaların nəticələrindən,eləcə də müasir silahların təsirindən mühafizə olunmağa hazırlamaqdır. Bu həmçinin şagirdlərdə dəyanət, öz qüvvələrinə inam kimi keyfiyyətlər aşılamasına, onların vətənpərvərlik tərbiyəsinə yardım göstərir ki, bunlar da müharibəyə cəlb olunmuş respublikamızın gənc vətəndaşları üçün vacib keyfiyyətlərdəndir. “Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizə rolu” mövzusunda 01 mart 2017-ci ildə məktəbin MM tədbirlər planına uyğun olaraq tədbir keçirildi. Tədbir səhər saat 800-da başlandı. Hərbi rəhbərin rəhbərliyi ilə keçirilən tədbirdə məktəbin direktoru R.Ə.Naibova , məktəbin MM qərargah rəisi A.K.Sofuyev, MM üzrə manqa komandirləri, pedaqoji kollektiv və məktəbin bütün şagirdləri iştirak etdilər. Keçirilən tədbir şagirdlərdə böyük maraq yaratdı.