Çərşənbə iməciliyi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi Novruz çərşənbələri iməciliyi bütün məktəblərdə olduğu kimi bizim məktəbimizdə də ikinci dəfədir ki, təşkil edilir. Bu iməcilik məktəbin həm daxilində, həm də həyətyanı sahəsində keçirildi. Şagirdlər birinci iməcilikdən yarımçıq qalmış işləri davam etdirdilər, ağacların dibini bellədilər, gülləri əkdilər. Bu iməcilikdə həm şagirdlərimiz, həm də müəllimlərimiz yaxından iştirak etdilər.