Milli dəyərlərimiz

Azərbaycan mədəniyyətinin tarixi ən qədim dövrlərə dayanır. Bu mədəni irsə daxil olan dəyərlər bizim üçün çox qiymətlidir. Mədəniyyətimizin qorunub saxlanılması,gələcək nəsillərə ötürülməsi üçün müəllimlərimiz şagirdlərlə ciddi iş aparır,tarixi köklərimizə dayanan abidələr, geyimlər, rəsm, musiqi əsərləri, bədii sözün qüdrəti haqqında məlumat verir. Məktəbimizdə tez-tez rəsm, musiqi müsabiqələri keçirilir, rəqs nümunələri nümayiş etdirilir, şagirdlərimiz milli geyimlərdə çıxış edir, baxanların və dinləyənlərin zövqünü oxşamağa çalışırlar.Milli dəyərlərimizdən nümunələr saxlanılan və tarixi şəxsiyyətlərin rəsmləri ilə bəzədilən tarix otağımız məktəbdə şagirdlərin ən sevdikləri otaqdır. Burada onlar tez-tz tarixi kökümüzə əsaslanan filmlərə baxır, bilmədiklərini öyrənirlər.