Milli mədəni sərvətlərimiz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində fevral ayı “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunmuşdur.Bu məqsədlə məktəbimizdə sərgi təşkil edildi. Sərgidə uşaqlar tərəfindən milli dəyərlərimizi əks etdirən rəsm və tətbiqi əl işləri, maketlər nümayiş etdirildi.