Hamımız Xocalıdanıq

Azərbaycanın ən qədim yaşayış yerlərindən biri öz sirli-sehirli aləmi, mədəniyyəti, tarixi abidələri, tanınmış şəxsiyyətləri ilə məşhur olan Xocalı şəhəri XX əsrin ən ağrılı, gğzlərə dolmuş acı göz yaşı qədər yandırıcı, mənfurlar tərəfindən yer üzündən silinən sinə dağıdır.Biz uşaqlar bu dağın sinələrdə qövr etməsinin qarşısının alınması üçün hər il onların adına qoyulan abidəni dəfələrlə ziyarət edir, o torpaqların azad oluması, sağ qalmış xocalılara və xalqımıza qaytarılması üçün müəyyən tədbirlər təşkil edir, haqq səsimizi dünyaya çatdırmağa çalışırıq.Bu gün də biz, şagirdlər, gələcəyin qurucuları olaraq Xocalımızı geri istəyir, soyqırımı yaradıb xalqımıza yaşadanlara lazım olan cəzanın verilməsi üçün dünya uşaqlarını da bizə qoşulmağa səsləyirik. Bu məqsədlə biz “Xocalıya ədalət” şüarı ilə küçəyə çıxmış və Xocalıya ədalət istəmişik.Biz haqqın səsiyik! Hər yerdə əks-səda vrəcək, torpaqlarımızı xalqımıza qaytaracağıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi