Xocalını unutmuruq

Məktəbin xarıcı dil müəllimləri Sədaqət Məmmədova və Rəsmiyyə Mehdiyeva və Azərbaycan Dillər Univesitenin pedaqoji təcrübədə olan tələbələrinin təqdimatında “ Xocalını unutmuruq “ adlı vətənpərvər ruhlu tədbir təşkil olndu.Tədbirdə məktəbin direktoru Rəna Naibova,məktəbin tərbiyəvi işlər üzrə direktor müavını Aygün Vəliyeva,Azərbaycan Dillər Universitetinin pedaqoji ingilis –alman dilləri fakultəsinin dekanı Fikrət Seyidov, pedaqoji təcrübədə olan tələbələrin metodistləri Leksikologiya kafedrasının müdir dosent Amil Cəfərov,Linqvodidaktika kafedrasının dosenti Arif Əsədov,Leksikologiya kafedrasının baş müəllimi İradə Bəylərova iştirak edirdi.Məktəbin 5a,5c,6b,9b sinif şagirdlərinin ifasında şerlər, məlumatlar,mahnılar ifa etdilər.Tədbirdə Xocalı soyqırımına aid müxtəlif video çarx göstərildi.Tədbir iştirakçıları, müəllim kollektivi tədbir haqqında öz ürək sözlərini dedilər ,şagirdlərin çıxışlarında olan vətənpərvərlik hisslərini xüsusi qeyd etdilər.Xocalısız keçən 25 il tələbələr tərəfindən məlumatlarla yekunlaşdı.