“Xocalı qan yaddaşımız”

Bu gün məktəbimizdə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş “Xocalı qan yaddaşımız” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın təşkili məktəbin tarix müəllimi Musayeva Zinaida tərəfindən icra olunub. Müzakirədə məktəbin direktoru Rəna Naibova, müəllimlər və V-IX sinif şagirdləri iştirak edib. Masa arxasında əyləşən iştirakçıların 12-si məhz işğal olunmuş rayonlarımızdan olan şagirdlər idi.Uşaqlar böyüklərinin şahidi olduğu bu vəhşiliyi onların dilindən səsləndirərək sanki yenidən canlandırıblar. Faciə ilə bağlı bir neçə sənədli film, videoçarx və qəhrəmanlarımıza həsr olunmuş qısa roliklər nümayiş etdirilib. Şagirdlərin ifasında bir-birindən maraqlı şer nümunələri, “İstiqlal marşı”, “Can Qarabağ” mahnısı səsləndirilib. Hər kəs Xocalı faciəsini necə qiymətləndirdiyini bir-birilə bölüşərək böyük vətənpərvərlik hisslərini nümayış etdirib. Sonda V sinif şagirdi Ramalın bütün həmvətənlərini mübarizəyə çağırışı iştirakçılarda Vətən sevgisini daha da alovlandırıb.