İngilis dili Danışıq klubunun səmərəli işi

BŞTİ-nin xarici dillər istiqamətində həyata keçirilən layihə olan “Ümumtəhsil Məktəblərində İngilis dilində Danışıq Klublarının Yaradılması” təliminin səmərəli işi davam etdirildi. BŞTI-nin inkişaf layihələr sektorunun məsləhətçisi Səkinə Ağalarova “ Danışıq klubu“ nun bu günkü təlimində iştirak edirdi. S.Ağalarova klubun gördüyü işlərlə maraqlandı ,məsləhətlər verdi ,müəllimlərin yerlərdə gördüyü işlərin hesabatını dinlədi və lazımı məsləhətlər verdi. Məktəbin lazımı dəstəyini xüsusilə qeyd etdi,məktəbdə yüksək dərəcədə şəraitin yaradılması, fənn müəllimləri tərəfindən xüsusi qiymətləndirildi.Səkinə Ağalarova 35 №-li tam orta məktəbdə fəaliyyət göstərən ingilis dili danışıq klubu “ Step by Step“in işini yüksək qiymətləndirdi və başqa məktəblərin müəllimlərinin bu işdən yararlanmasını tövsiyə etdi. İngilis dilində yüksək danışıq səriştəsinə malik,təşəbbüskar,innovativ yanaşmaların peşəkar inkişafına önəm verən,Bakı şəhəri 12 inzibati rayon üzrə pilot məktəbin müəllimləri cəlb olunduğu təlim, təlimçi Amerika Səfirliyinin əməkdaşı dil daşıyıcısı Meri Bohmerin yeni mövzu təqdimatı ilə davam etdirildi. Təlim boyu beynəlxalq Amerika təcrübəsinin öyrənilib,tətbiq edilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.Müəllimlərin qrup işi,əməkdaşlığı,mövzu ətrafında müzakirələr böyük maraq doğurdu. Meri Bohmer müəllimlərin gördüyü isləri yoxladı,məsləhətlər verdi,müzakirələr apardı və çox razı qaldı. Sonda müəllimlərə Meri xanım, növbəti təlimə qədər müəllimlərin qarşısında duran öhdəliklər haqqında məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi